<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>175</hymn_number>
<lyrics>[V1]
 «Çarmıxa çəkilsin», - dedilər.
 Tikanlı tac hördülər,
 Xələtini geydirdilər,Qolqotaya gətirdilər,
 Onu çarmıxa çəkdilər.
 «Allahım, nə üçün məni tərk etdin?» -
 Qışqıraraq can verdi,
 Yer sarsıldı, titrədi. (Luka 24:1-6)

[C1]
   Ancaq Rəbb ölsə də, üçüncü gün dirildi,
   Qurtuluş verdi, xilas verdi,
   Əbədi həyat, sevinc verdi. (Matta 28:16-20)

[C2]
   Göydə və Yer üzündə hakimiyyət Onun,
   İzzət Onun, şöhrət Onun,
   Əbədi hörmət, qüdrət Onun. (Matta 27:27-31)</lyrics>
<title>«Çarmıxa çəkilsin», - dedilər İL175</title>
</song>